çərşənbə axşamı 17 iyun 2025 - 20:48
Sonadək sizin yanınızdayıq; hövzə cihadçıları zərər görmüş evlərin və məkanların bərpasına kömək etməyə hazırdırlar.

Biz yalnız yenidənqurma işlərində deyil, həm də yaraların sağaldılmasında, dərin həmrəylikdə və qətiyyətli dəstəkdə də sizin yanınızdayıq. Biz qətiyyətlə inanırıq ki, bu rəşadətli və müqavimətli xalq hər zaman olduğu kimi, bu acı sınaqdan da izzət və qüdrətlə çıxacaq. Bu, Ayətullah Ərafinin başıuca İran xalqına ünvanladığı mesajın bir hissəsidir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə Höccətül-İslam vəl-müslimin Ayətullah Alirza Ərafi İran İslam Respublikasının Elmi Hövzələrinin başçısı tərəfindən qəhrəman İran xalqına ünvanlanmış müraciətin mətni:

Bismillahir-Rahmənir-Rahim

Əziz və başıuca İran xalqı, sionist rejimin zülm və təcavüzündən zərər çəkmiş dözümlü və qəhrəman həmvətənlərimiz!

Salam və ehtiramla

Bu günlərdə  uşaqları qətlə yetirən xəbis sionist rejimin düşməncəsinə hücumlarının nəticəsində  əziz İranın mülki insanları yaralanmış və bədənlərinə bu kinli nifrətin izləri hopmuşdur. Belə bir zamanda, elmi hövzələr, hər zaman olduğu kimi, qətiyyətli iradə və sarsılmaz imanla sizin yanınızdadır. Biz inanırıq ki, bir iranlının dərdi bütün millətin dərdidir.

Bu gün də hövzə cihadçıları, necə ki, koronavirus pandemiyası dövründə canlarından keçərək xalqın köməyinə çatdılar, bu dəfə də saf niyyət, İslam İnqilabının uca idealları və mənəvi əzmlə zərər görmüş evlərin və ictimai məkanların yenidən qurulmasında davamlı və layiqli iştirak etməyə hazırdırlar. Onlar, İslam qardaşlığı, həmrəylik və İran xalqının ruh yüksəkliyinin bir təcəssümü olaraq, xidmət səhnəsində şərəfli obraz nümayiş etdirəcəklər.

Biz təkcə quruculuqda yox, həm də yaraların sağaldılmasında, dərin həmrəylikdə və səngiməyən dəstəkdə sizin yanınızdayıq. Əminik ki, bu müqavimətli və uca ruhlu xalq, əvvəlki kimi, bu acı imtahandan da izzət və qüdrətlə çıxacaq.

Allah Təalaya təvəkkül edərək, milli birlik və həmrəyliyin bərəkəti ilə bu viranələri abadlığa, hüznləri isə ümidə və izzətə çevirmək mümkün olacaq.

Uca Yaradanın dərgahından, məzlum şəhidlərə rəhmət və mərhəmət, əzizlərini itirmiş ailələrə səbir və dözüm, İran İslam Respublikasının silahlı qüvvələrinə isə  ki onlar vətənin təhlükəsizliyi, izzəti və müstəqilliyi uğrunda ilk cəbhədə dayanırlar müvəffəqiyyət, güc və qələbə diləyirik.

Alirza Ərafi 
İran İslam Respublikasının Elmi Hövzələrinin başçısı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha